İsraildə güclü meşə yanğınları baş verib, on minlərlə insan təxliyə olunur
24.11.2016 839 0.0 0

İsrail hökuməti güclü meşə yanğınları ilə əlaqədar bir sıra şəhər və yaşayış məntəqələrinin on minlərlə əhalinin təxliyə olunması barədə qərar qəbul edib.

 

APA-nın xəbərinə görə, bu barədə yerli “Haaretz” qəzeti məlumat yayıb. Hazırda ən ağır vəziyyət ölkənin 3-cü ən böyük şəhəri olan Hayfa ətrafında müşahidə olunur. Bütün yanğınsöndürmə briqadaları yanğının söndürülməsinə cəlb olunub. İsrail Silahlı Qüvvələri də yanğınsöndürənlərə kömək edir.

 

Meşə yanğınları nəticəsində onlarla insanın xəsarət aldığı bildirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar