İsrail XİN: Azərbaycana səfər Netanyahunun əsas prioritetləri sırasındadır
20.09.2016 431 0.0 0

 "Azərbaycanla İsrail arasında münasibətlər diplomatik və ya siyasidən daha çox dostluq münasibətləridir”.

Məlumata görə, bu sözləri İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Emanuel Naxşon deyib.

 

O bildirib ki, iki ölkə arasında çox sıx dialoq mövcuddur: “Burada əslən Azərbaycandan olan çoxlu yəhudi yaşayır. Onlar iki xalq arasında körpü rolunu oynayırlar. Siyasi münasibətlərimiz çox yaxşıdır. Sıx dialoq apardığımız enerji məsələləri hər iki ölkə üçün çox vacibdir. Digər vacib məsələ regional təhlükəsizliklə bağlıdır. Hər iki ölkə potensial təhlükəli və qeyri-stabil regionda yaşayır”.

 

E. Naxşon vurğulaylb ki, Azərbaycandakı yəhudi icması özünü həmişə evində hiss edib: “Hətta Azərbaycandan İsrailə köçən yəhudilər də hər zaman Azərbaycan haqqında xoş sözlər danışıb, mütəmadi əlaqə saxlayıblar. Azərbaycandakı yəhudi icmasının vəziyyəti sizin nə dərəcədə tolerant ölkə olduğunuzu göstərir. Bu bizim münasibətləri daha da gücləndirir”.

 

Nazirlik sözçüsü iki ölkə arasında münasibətləri iqtisadiyyat, turizm və digər sahələrdə inkişaf etdirmək üçün çox yaxşı iradənin olduğunu bildirib. Onun sözlərinə görə, ölkəsi Azərbaycanın İsraildə səfirliyinin açılmasını çox istəyir: “Bu bizim yaxşı və güclü münasibətlərimizə daha da müsbət təsir edə bilər”.

 

E. Naxşon Dağlıq Qarabağ münaqişəsinə toxunaraq İsrailin  Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həllinə ümid etdiyini bildirib.

 

XİN rəsmisi İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri ilə bağlı dəqiq tarixin olmadığını deyib, lakin qeyd edib ki Azərbaycana səfər baş nazirin əsas prioritetləri sırasındadır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar