İsrail və İŞİD ilk dəfə qarşılaşdılar: ölənlər var
28.11.2016 898 0.0 0

İsrail ordusunun kəşfiyyat bölməsi Qolan təpələrində Suriya tərəfdən raket atəşlərinə məruz qalıb.

Türkiyənin "Yeni Şəfəq" qəzetinə istinadən verilən məlumata görə, bunu İsrail ordusunun mətbuat katibi Aviçay Adree deyib.

Hərbi mənbələr bu hücumu İŞİD-ə bağlı "Yermuk şəhidləri" qruplaşmasının etdiyini və İsrailin döyüş təyyarələrinə Suriya tərəfdən atəş açıldığını bildirir.

İŞİD və İsrail arasında ilk dəfə qeydə alınan insidentdə İsrail tərəfinin itki vermədiyi, terror qruplaşmasının isə 4 üzvünün məhv edildiyi deyilir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar