İsrail əsgərləri ərəb gənci öldürüb, bədənini deşik-deşik etdilər - GÜLLƏLƏNMƏ ANI (VİDEO)
22.02.2016 624 0.0 0

 

 

İsrail hərbçiləri sərhəd polisinə bıçaqla hücum edən fələstinli gənci güllələyiblər. APA TV-nin Türkiyə saytlarına istinadən xəbərinə görə, bundan sonra polislər ərəb gəncin cansız bədənini silahla dəlik-deşik ediblər.

 

Hadisə "al-Jazeera" operatoru tərəfindən anbaan qeydə alınıb. Məhəmməd Əbu Halef adında 20 yaşlı gənc Şərqi Qüdsdəki keçid məntəqəsində gözləyən İsrail sərhəd polisinə əlindəki bıçaqla hücum edib. Polisi yaralayan fələstinli gənc qaçmağa çalışarkən İsrail hərbçiləri tərəfindən vurulub. Daha sonra polislər yerə yıxılan gəncə dəfələrlə atəş açır. 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar