Tarix: 09.12.2016,   Saat: 07:46, Cümə.          

İsrail Qəzza zolağı ilə sərhəddə yeraltı sədd tikməyə başlayıb

 İsrail hökuməti fələstinlilərin ölkə ərazisinə tunellər qazmağının qarşısını almaq məqsədi ilə Qəzza zolağı ilə sərhəd boyu yeraltı sədd tikməyə başlayıb.
 
“BBC”yə istinadən verilən xəbərə görə,  tikinti işlərinə bir neçə həftə əvvəl start verilib. Yeraltı dəmir-betonlu səddin uzunluğunun 70 km olacağı bildirilir.  
 
2014-cü ildə İsrail-Fələstin münaqişəsi zamanı HƏMAS üzvləri yeraltı tunellər sistemi vasitəsilə bir neçə dəfə İsrail ərazisinə keçib.
 
İsrail hökuməti “Fələstin tunelləri”ni ölkə üçün strateji təhlükə hesab edir.  Artıq otuzadək yeraltı tunelin aşkarlanaraq dağıdıldığı bildirir. /apa/



  Bölmə: Dünya | Baxış sayı: 232 | Tarix: 09.09.2016, 11:00


Xəbərlər