İsrail ordusu `HƏMAS`ın mövqelərini bombalayıb
14.12.2017 769 0.0 0

İsrail hərbçiləri raket atəşinə cavab olaraq Qəzza zolağını bombalayıb.

 

APA-nın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

 

Hərbi aviasiya “HƏMAS” hərəkatına məxsus üç obyektə zərbələr endirib.

 

“Obyektlərdən təlim mərkəzləri və silah-sursat anbarları kimi istifadə olunub”, məlumatda deyilir.

 

Ötən axşam İsrail hərbçiləri Qəzza zolağından atılan iki raketi vurub, daha bir raket sərhədyanı boş əraziyə düşüb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar