İsrail İrəvanı biabır etdi
06.03.2015 805 0.0 0

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın İsrailə səfəri uğursuzluğa düçar olub. Onu Prezident Reuven Rivlindən başqa İsrail Dövlətinin heç bir rəsmi şəxsi qəbul etməyib.

Məlumata görə, bu ölkədə prezident postu rəmzi xarakter daşıyır və real hakimiyyət hökumət başçısının əlində cəmləşir. Amma nə Baş nazir Benyamin Netanyahu, nə də xarici işlər naziri Aviqdor Liberman E. Nalbandyanla görüşməyiblər.

Təsadüfi deyil ki, E.Nalbandyanın İsrailə səfəri haqqında yeganə informasiya Ermənistan Xarici İşlər Nazirliyinin saytında verilib.

Əslində bu, Ermənistan diplomatiyasının tam iflasıdır. Belə ki, ermənilər uydurma soyqırımının “100 illiyi”nin tamam olduğu 2015-ci ildə ən çox İsrailə ümid bəsləyirdilər. Onlar “erməni soyqırımı”nın tanınmasının tərəfdarı hesab etdikləri Reuven Rivlinin prezident seçilməsinə çox sevinmişdilər. Amma E.Nalbandyanla görüş zamanı İsrail Prezidenti də “erməni soyqırımı”nın tanınmasına dəstək verməkdən imtina edib. Beləliklə, E.Nalbandyan İsrailə səfərdən əliboş qayıdıb. Bu, Azərbaycanın strateji tərəfdaşından Ermənistana tutarlı bir zərbə olub.

Onu da xatırladaq ki, İsrail Prezidenti Reuven Rivlin bu yaxınlarda BMT-nin Baş Məclisində Beynəlxalq Holokost Qurbanlarını Anma Günü ilə əlaqədar keçirilən tədbirdəki çıxışında dünyada törədilən soyqırımları və kütləvi qətllər barədə danışarkən onların arasında Xocalı soyqırımını da qeyd etmişdi./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar