İsrail hökuməti Fransa nümayəndə heyətinin ölkəyə girişinə qadağa qoyub
18.11.2017 747 0.0 0

İsrail hökuməti Fransa nümayəndə heyətinin ölkəyə planlaşdırılan səfərinə icazə verməyib. 

 

 "Anadolu" agentliyinə istinadən verilən məlumata görə, bu barədə bələdiyyə başçıları və deputatlardan ibarət nümayəndə heyətinin Fransa Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşü zamanı bildirilib. 

 

Yeddi nəfərdən ibarət nümayəndə heyəti İsrail həbsxanasında həbsdə olan "Fəth" liderlərindən biri Mervan Barquti və vaxtilə Fransada yaşamış fələstinli Saleh Hamuri ilə görüşmək niyyətində idi. "İsrail hökuməti ilk dəfə bələdiyyə başçıları və deputatların ölkəyə girişinə qadağa qoyur. Radikal sağ yönümlü İsrail hökumətinin bu qərarını pisləyirik", - deyə Fransa nümayəndə heyətinin bəyanatında bildirilir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar