İsrail hərbçiləri 26 yaşlı fələstinlini öldürüblər
19.11.2016 501 0.0 0

Qəzza zolağı ilə sərhəddə İsrail hərbçiləri 26 yaşlı fələstinlini güllələyiblər.

 

RİA Novosti agentliyinə istinadən verilən məlumata görə, hadisə “əl-Büreyc” qaçqın düşərgəsi yaxınlığında baş verib.

 

İsrail ordusunun nümayəndəsi bildirib ki, bir qrup fələstinli bufer zonasına daxil olaraq sərhəd hasarlarını sındırmağa  başlayıb. Buna cavab olaraq hərbçilər atəş açıblar. Nəticədə 26 yaşlı Məhəmməd Əbu Saada öldürülüb.

 

Həmçinin 2 nəfər fələstinlinin yaralandığı bildirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar