İsrail diplomatı Britaniyalı naziri `axmaq` adlandırıb
09.01.2017 828 0.0 0

İsrail diplomatı Britaniyanın XİN rəhbərini "axmaq" adlandırıb.

"Report" xəbər verir ki, "Al Jazeera" telekanalı jurnalist təhqiqatı zamanı İsrailin Böyük Britaniyadakı səfirliyinin əməkdaşı Şai Masotanın Krallığın xarici işlər naziri Boris Conson barədə səsləndirdiyi xoşagəlməz fikirləri gizli kamera ilə qeydə alıb.

"O (Boris Conson. - red), məsuliyyətsiz axmaqdır", - deyə Şai Masota qeyri-rəsmi şam yeməyi zamanı bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar