İsrail BMT-yə etiraz əlaməti olaraq üzvlük haqqını 2 milyon dollar azaldıb
30.03.2017 667 0.0 0

İsrail yəhudi dövlətinin siyasətinə qarşı tənqid dolu yeni qətnamələrə etiraz əlaməti olaraq BMT-nin büdcəsinə üzvlük haqqını 2 milyon dollar azaltmaq qərarına gəlib.
"Report" xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat katibi Ofir Qendelman "Twitter"də yazıb.
Bildirilir ki, belə bir qərarın qəbul olunmasına BMT-nin İnsan Haqları Şurasının (İHŞ) bu yaxınlarda qəbul etdiyi sənədlər səbəb olub.
"İsrail BMT İHŞ-nin İsrail əleyhinə qəbul etdiyi qətnamələrdən sonra ödədiyi üzvlük haqqından 2 milyonunu çıxır", - deyə o yazıb.
İsrailin BMT büdcəsinə illik üzvlük haqqı təqribən 11 milyon dollar təşkil edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar