İŞİD üzvləri qadın jurnalisti edam ediblər
05.01.2016 522 0.0 0

İŞİD terror qruplaşmasının üzvləri vətəndaş jurnalistikası ilə məşğul olan Ruqiyə Həsəni edam ediblər.
Məlumata görə, bu barədə Suriyanın “Syria: direct” jurnalist təşkilatı xəbər yayıb.
 
Bildirilir ki, R. Həsən oktyabrdan bu yana terrorçuların qətlə yetirdiyi sayca beşinci reportyordur.
 
R. Həsən “Raqqa is Being Slaughtered Silently” qrupu ilə əməkdaşlıq edərək bəzən Nisan İbrahim ləqəbi ilə yazıb. O, sosial şəbəkələrdəki hesabı vasitəsi ilə İŞİD tərəfindən zəbt olunmuş ərazilərdə, o cümlədən Rakka şəhərindəki vəziyyətlə bağlı məlumat verib.
 
İŞİD-in fəaliyyətinin nəticələri barədə sərt tənqidi məqalələr yazan R. Həsən ötən ilin iyulundan dekabr ayınadək itkin düşmüş hesab olunurdu. “Syria: direct”in məlumatına görə, İŞİD üzvləri ailəsinə jurnalisti casusluq səbəbindən edam etdikləri barədə məlumat veriblər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar