İŞİD Türkiyə əsgərlərinə hücum edib- 1 əsgər şəhid olub, 2-si yaralanıb
04.11.2016 633 0.0 0

Suriyanın şimalında İŞİD-in hücumu nəticəsində 3 əsgər yaralanıb.Yaralanan 3 əsgərdən 1 -işəhid olub.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.

 

Bundan əvvəl İŞİD-in nəzarətindəki ərazilərdən türk hərbçilərinin olduğu bölgənin qumbaraatanlardan və raketlərdən atəşə tutulduğu, 3 əsgərin yaralandığı, onlardan 1-in vəziyyətinin ağır olduğu bildirilirdi.

 

Xatırladaq ki, bölgədə əməliyyatlar davam edilir. Qeyd edək ki, “Firat qalxanı” adlı əməliyyata avqustun 24-də start verilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar