İŞİD terrorçuları 19 suriyalını qurbanlıq heyvan şəklində qətlə yetiriblər
13.09.2016 1350 0.0 0

İŞİD terror qruplaşmasının üzvləri 19 suriyalı kişini qətlə yetirərək, onları qurbanlıq heyvan kimi ayaqlarından asıblar.

Qazeta.info "Report" -a əsasən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Əl-Arabiyyə" telekanalının saytı ekstremistlərin qətl zamanı çəkdikləri bir neçə şəkil ilə birgə məlumat yayıb.

Radikallar amansız qətli hazırda işidin işğalı altında olan Deyr-əz-Zor şəhərində, müqəddəs Qurban bayramının birinci günündə həyata keçiriblər.

Öldürülən şəxslər Suriya hökumətinə casusluq etməkdə ittiham olunublar.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar