İŞİD silahlıları Sinayda 100 yaşlı sufi şeyxini edam ediblər- FOTO
20.11.2016 904 0.0 0

Misirin Sinay yarımadasında fəaliyyət göstərən “Vilayəti Sina” qruplaşmasının üzvləri tanınmış  sufi şeyxi Süleyman Əbu Hərrazı edam ediblər.  

 

“TASS”a istinadən verilən xəbərə görə, terrorçular yaşı 100-dən çox olan şeyxi Əl-Əriş şəhərindəki evinin qarşısına çıxarıblar və dizi üstə çökdürərək başını kəsiblər.   

 

“Əl-Ərəbiyyə” telekanalı edam səhnəsinin əks olunduğu bəzi şəkilləri yayımlayıb.

 

Bölgədə sufizm təriqətinin rəmzi hesab edilən  Süleyman Əbu Hərraz Sinay yarımadasında böyük nüfuza malik dini rəhbər olub.

 

Qeyd edək ki,  Şimali Sinay bölgəsində baş verən terror aktlarının əksəriyyətini “Vilayəti Sina” qruplaşması törədib. “Vilayəti Sina”  üzvləri 2014-cü ildə İŞİD lideri Əbu Bəkr Əl-Bağdadiyə sədaqət andı içərək, qruplaşmanı İŞİD-in Misirdəki qolu elan ediblər. /apa/

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar