İŞİD Ərdoğanı İstanbulu ələ keçirməklə hədələdi (VİDEO)
18.08.2015 722 0.0 0

“İŞİD” terrorçu qruplaşması rəsmi Ankaraya ünvanlanmış təhdid dolu videogörüntü yayıb.

ANS TV-nin məlumatına görə, həmin videoda İŞİD-çilər Türkiyə lideri Rəcəb Tayib Ərdoğanın ABŞ koalisiyasına "İncirlik" hava bazasından istifadəyə icazə verməsini pisləyir.

Ötən həftədən bəri "İncirlik" hava bazasından qalxan ABŞ qırıcıları və pilotsuz təyyarələri Suriyanın şimalındakı “İŞİD” mövqelərinə aviazərbələr endirir.

Bundan başqa döyüşçülər Türkiyə prezidentini şeytan və satqın aldandıraraq, Türkiyədə yaşayan müsəlmanları hökümətə qarşı çıxmağa çağırır.

“İŞİD” silahlıları, eyni zamanda İstanbulu ələ keçirməklə hədələyib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar