İŞİD qruplaşması İraqın daha bir şəhərini ələ keçirib
24.10.2016 574 0.0 0

Terrorçu İŞİD qruplaşması İraqın qərbində yerləşən Ər-Rutbah şəhərini ələ keçirib.

"Haber7"yə istinadən xəbər verilir ki, terrorçular 6 saat ərzində şəhəri nəzarət altına alıblar.

Məlumata görə, İŞİD terrorçuları şəhərdəki "Haşd-i- Şabii" (İranyönlü sayılır) silahlılarını da öldürüblər.

Qeyd edək ki, Ər-Rutbah İraqın Anbar əyalətinin şəhəridir. Amman-Bağdad strateji yolun üzərində yerləşdiyi üçün şəhərin strateji əhəmiyyəti böyükdür. 2003-cü ildə koalisiya qüvvələri İraqa girdikdən sonra onların hərbi bazalarından biri Ər-Rutbahda yerləşdirilib.

Xatırladaq ki, bu il mayın 15-də İraq orudusu birgə əməliyyatlar komandanlığı ilə birlikdə Ər-Rutbahı İŞİD terror təşkilatı üzvlərindən azad etdiklərini bəyan etmişdi.

Əməliyyatda İraq ordusu, xüsusi təyinatlılar, polis, sərhədçilər və hökumətə yaxın başqa silahlı birləşmələr iştirak etmişdi. Döyüşlədə artilleriya və tanklardan istifadə edilib.

Qeyd edək ki, Ər-Rutbah şəhəri 2014-cü ildə terrorçu İŞİD qruplaşması tərəfindən ələ keçirilib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar