İŞİD Litvanı terror aktları ilə hədələyərək, təzminat tələb edib
21.02.2016 582 0.0 0

İŞİD terror qruplaşmasının silahlıları Litvadan pul təzminatının ödənilməsini  tələb edərək, ultimatum irəli sürüblər.  “RİA Novosti”yə istinadən verilən xəbərə görə, Litva tələbi yerinə yetirməkdən imtina edəcəyi təqdirdə, İŞİD ABŞ-dan gələn hərbi yüklərin son qəbul məntəqəsi və ABŞ Silahlı Qüvvələrinin  qarnizonunun istifadəsində olan Yonava dəmir yolu qovşağını partladacağı ilə hədələyib.   
 
BaltNews.lt-nin məlumatına görə, ABŞ hərbçilərinin rotasiya əsasında xidmət çəkdikləri “Rukla”  qarnizonu Yonava şəhərində, “Azot” kimya müəssisəsindən bir neçə kilometr aralıda yerləşir.  
 
Parlamentin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Arturas Paulauskas ultimatumun detallarını açıqlamaqdan imtina edib.   
 
İŞİD-in tələb etdiyi vəsaitin məbləği də açıqlanmır. Məlumat DİN-ə ötürülüb və polis artıq terror aktı təhlükəsi faktı üzrə araşdırmalara başlayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar