İŞİD Əl-Babdakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
25.02.2017 729 0.0 0

"İslam dövləti" terror təşkilatı Əl-Babdakı baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

RİA Novosti-yə istinadən xəbər verilir ki, fevralın 24 Suriyada 60 nəfərin ölümü ilə nəticələnən partlayışa görə məsuliyyəti "İslam dövləti" terror təşkilatı öz üzərinə götürüb.

Qeyd edək ki, terrorçu-intiharçı minalanmış avtomobillə türk əsgərlərinin yerləşdiyi yerə gələrək partlayıcı qurğunu işə salıb.

Az sonra baş verən ikinci partlayış nəticəsində 2-i türk əsgəri olmaqla 8 nəfər həlak olub./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar