«İŞİD-in təlimlərini sürətləndirəcəyik»-Obamadan skandala səbəb açıqlama
09.07.2015 673 0.0 0

"IŞİD-in təlimlərini sürətləndiririk"
ABŞ prezidenti Barak Obama, Pentaqonda IŞİD-lə mübarizə haqqında açıqlama verərkən skandala səbəb olan səhvə yol verib və "IŞİD-in təlimlərinə  sürət verəcəyik" kimi ifadə işlədib.

Qazeta.info bildirir ki, bu haqda Türkiyənin  "Milliyət" qəzeti "Radikala" istinadla məlumat verib.

Belə ki, ABŞ prezidenti Barak Obama müdafiə naziri Aşton Karter və Baş Qərargah rəisi Martin Dempseyin də daxil olduğu 35 milli təhlükəsizlik səlahiyyətlisiylə birlikdə təşkil etdiyi yığıncaqda, əvvəl IŞİD-in Suriya və İraqın çox böyük bir qisimini ələ keçirdiyiniz vurğulayıb.

Daha sonra  isə Pentaqonun İraq ordusu və tayfaların təliminə sürət verdiyini söyləmək istəyən Obama, tam tərsi bir ifadədən istifadə edib O, "İŞİD qüvvələrinin təlimlərini sürətləndiririk. Ənbar vilayətindəki Sünni tayfalardan çıxan könüllülər də daxildir "deyib.


 
Daha sonra , sözü gedən çıxışın mətninə Ağ Ev tərəfindən düzəliş etməyə çalışsalarda növbəti dəfə səhvə yol verildiyi bildirlir.Belə ki, cümləni yenidən yazmaq əvəzinə , IŞİD sözünün  İngilis dilində istifadəsi olan "ISİL" sözü Obamanın işlətdiyi cümlənin  yanına mötərizə açılaraq "İraqlı " ifadəsi əlavə olunub. Ağ Evin bu "düzəlişində" nə söyləməyə çalışdığına isə kimsə məna verə bilməyib. Çünki cümlə düzəlişdən sonra da  "İraqdakı İŞİD qüvvələrinin təlimini  sürətləndirəcəyik " mənasını veririb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar