İŞİD-in 7 lideri öldürüldü
31.05.2016 505 0.0 0

İraq Hərbi Hava Qüvvələrləri İŞİD terror qruplaşmasının yeddi liderini məhv edib. Məlumata görə, bu barədə yerli mətbuat xəbər verib.

Öldürülən döyüşçülər arasında terror təşkilatının kəşfiyyat və təhlükəsizlik nümayəndəsi, İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin ən yaxın köməkçisi də var. Öldürülənlər arasında həmçinin İraq və Suriyada yerləşən terror qruplaşmasının böyük dəstələrinin başçıları da var. İraqda hərbi əməliyyatlar davam edir.

 

Stiv Uorren
 

Mayın 28-də bir neçə ​İŞİD lideri aviazərbələr nəticəsində öldürülüb. ABŞ və İraqın birləşmiş qüvvələri tərəfindən Əl-Fəllucada keçirilən hərbi əməliyyatlar davam edir.

Bu barədə keçirilən brifinqdə Amerikanın İraq və Suriyada əks-kəşfiyyat əməliyyatları komandanlığının nümayəndəsi polkovnik Stiv Uorren bildirib.

"Biz Mahir əl-Bilaui iki gün əvvəl aviazərbə zamanı öldürdük", - deyə Uorren bildirib. O qeyd edib ki, bu, əldə edilən kəşfiyyat məlumatları sayəsində mümkün olub. "Əlbəttə ki, bu, düşmənin döyüşü dayandırmasına təsir etməsə də onlara zərbə oldu. Bu, inamsızlıq yaradır", - deyə polkovnik bildirib./anspress/

 
İŞİD lideri vuruldu
İraq Silahlı Qüvvələri mayın 23-dən etibarən Əl-Fəlluca şəhərini İŞİD terror qruplaşmasından azad etmək üçün genişmiqyaslı əməliyyata başlayıb.

Bunu İraqın baş naziri Heydər Əl-Abadi bəyan edib. “Əl-Faluca şəhərinin azad edilməsinin vaxtı çatıb”, - deyən baş nazir ordunun əməliyyata hazır olduğunu qeyd edib. Əməliyyatda İraq Silahlı Qüvvələri ilə yanaşı, hökuməti dəstəkləyən könüllülər də iştirak edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar