İŞİD İran parlamentinə belə basqın etdi - KAMERA GÖRÜNTÜSÜ
08.06.2017 3058 0.0 0

İrandakı terror hadisəsinin görüntüləri yayılıb.

 

Qazeta.info APA TV-nin məlumatına əsasən bildirir ki, Tehranda yerləşən parlament binasında təhlükəsizlik kameraları hücum anını qeydə alıb.

 

Kadrlardan görünür ki, terrorçular qarşılarına çıxanı güllələyir.

 

Ötən gün isə hadisəni törətdiyini elan edən İŞİD terror təşkilatı hücum anını göstərən video yaymışdı.

 

Qeyd edək ki, paytaxt Tehranda parlament binası ilə Xomeyninin məqbərəsinə edilən silahlı hücum və canlı bombanın özünü partlatması nəticəsində 17 nəfər ölüb, 42 nəfər yaralanıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar