İŞİD Dağıstandakı hücuma görə məsuliyyəti öz üzərinə götürüb
19.02.2018 838 0.0 0

İŞİD terror qruplaşması Dağıstanın Kizlər şəhərində törədilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

 

Məlumata görə, bu barədə Reuters agentliyi xəbər verib. Bununla belə faktı təsdiqləyən heç bir dəlil təqdim edilməyib.

 

Fevralın 18-də Dağıstanın Kizlər şəhərində Maslenitsa bayramının qeyd olunduğu kilsədə 22 yaşlı Xəlil Xəlilov insanlara atəş açıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 4-ü yaralanıb. X.Xəlilov polis əməkdaşının açdığı cavab atəşi ilə öldürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar