İŞİD-dən film kimi edam (FOTO)
06.03.2015 821 0.0 0

Hər gün müxtəlif vəhşilikləri ilə gündəmə gələn İŞİD terrorçu qruplaşmasının edamları silahlarına yüksək keyfiyyətli kameralar taxaraq reallaşdırdığı məlum olub. 

Məlumata görə, "Daily Mail" yazır ki, İraqın Dəclə cayı ətrafında həyata keçirdiyi edamlarda kamera taxılan silahlardan istifadə olunub. Video görüntülərdən alınan fotoşəkillərdə görünür ki, gözləri bağlanmış əsirlər diz üstə çökdürülür, terrorçular isə onların arxasında silahlarla dururlar.

Tapança və avtomatlara taxdıqları HD kameralar edamların qan donduran detallarına qədər çəkilməsinə və cinayətlərin kompüter oyunu kimi görünməsini təmin edir.

Qeyd edək ki, İŞİD-in daha əvvəl ortaya çıxan edam videoları da "Hollywood" çəkilişlərində olduğu kimi vizual efektleriyle diqqət çəkmişdi./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar