İŞİD-çi ata uşağına baş kəsmək öyrədir-Şok Video
23.08.2015 876 0.0 0

 

Harada çəkildiyi bilinməyən bu video görüntülərdə, kiçik bir uşaq, oyuncaq ayının başını kəsir.
Sosial mətbuatda sürətlə yayılan və qaynağı hələ bilinməyən bu video böyük müzakirələrə səbəb olub.Qazeta.info Türkiyə mediasına istinadla bildirir ki, videoda üzərində  İŞİD döyüşçüləri kimi silahlanmış  kiçik uşaq otağa girir. Daha sonra otağının digər küncündə olan oyuncaq ayıya doğru qaçan və 3-4 yaşlarında görünən uşaq, əlindəki bıçaqla ayının başını kəsməyə başlayır. Oyuncağın boynunu bir müddət kəsdikdən sonra bu prosesi video lentə alan şəxsin yüksək səslə "təkbir" deməsindən sonra ona  tərəf baxan kiçik uşaq, təkbir gətirərək oyuncağın başını kəsməyə davam edir. Bu görüntülər bu gün saytlarda və sosial şəbəkələrdə tez-tez paylaşılaraq  izlənilənlər tərəfindənda böyük reaksiyaya səbəb olub.

Qazeta.info həmin video kadrları oxuculara təqdim edir:

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar