İŞİD bayram axşamı 100 nəfəri məhv etdi
18.07.2015 667 0.0 0

Iraqın şərgində yerləşən Bəni- Saad şəhərində kamikadzenin üzərindəki partlayıcının işə salması 100 nəfərdən çox insanın həyatına son qoyub.

Reyters agentliyinin məlumatına görə partlayış cümə günü şəhər bazarında baş verib. İnsidentin şəhər sakinlərinin bazar meydanında Ramazan ayının son gününü geyd etmək üçün toplaşdığı bir zaman baş verməsi hadisə qurbanlarının sayının çox olmasına səbəb olub. Partlayış nəticəsində bir yaxınlığda olan bir neçə bina dağılıb. 

Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb. Terrorçu-kamikadzenin olduğu avtomobildə 3 ton partlayıcının olduğu bildirilir. 

 

Bəni-Saad şəhəri paytaxt Bağdaddan 20 km uzağlığda yerləşən Diyala əyalətinə aiddir


İŞİD silahlı qruplaşması hazırda beynəlxalq təhlükəsizliyə əsas hədədir. Son 3 ildə qruplaşma İraq və Suriyanın böyük hissəsini ələ keçirəbiliblər.Hazırda İŞİD nəzarət altında saxladığı ərazinin ümumi sahəsi 90 min kvadrat kilometrə çatırş. Qruplaşmanın üzvlərinin sayının isə təqribən 50-200 min arası olduğu bildirilir.

 

İŞİD döyüşçüsü özlərinə qəbir qazan girovların önündə 

 

Daha əvvəl isə qruplaşma üzvləri "tezliklə gəlirik" mesajını verən video yayımlayaraq ABŞ-ı hədələyiblər.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar