İŞİD `paytaxtı`nı köçürüb
23.04.2017 691 0.0 0

İŞİD terror qruplaşmasının rəhbərliyi “paytaxt”ın Rəqqadan Deyr-ez-Zora köçürülməsinə dair qərar qəbul edib.Qazeta.info APA-nın xəbərinə əsasən bildirir ki, bu barədə  “Fox news”a hərbi mənbələr bildirib.
 
Məlumata görə, qərar Rəqqaya hava hücumlarının çoxalması və Suriya ordusunun üç istiqamətdə şəhərə doğru hücuma keçməsi  ilə əlaqədar qəbul edilib.  
 
Məlumata görə, ABŞ-ın pilotsuz uçan aparatları son iki ay ərzində İŞİD-in yüzlərlə rəhbər şəxslərinin Rəqqa şəhərini tərk etməsini qeydə alıb.  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar