İŞİD 3000 girovdan 300 nəfəri edam etdi
03.05.2015 702 0
İŞİD terror qruplaşmasının silahlıları İraqın şimalında girov götürdükləri 300 yezidi edam edib.
“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə “BBC” məlumat yayıb.
Məlumata görə, kütləvi qətl mayın 1-də Mosul yaxınlığındakı Tal Afar şəhərində törədilib.
Girovların hamısının başından güllələnərək edam edildiyi bildirilir.
Məlumata görə, İŞİD silahlıları əksəriyyəti qadın olmaqla 3 minədək yezid girov götürüb. Bu ilin aprelində silahlılar qocalar və xəstələr daxil olmaqla 200 yezidi azad edib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər