İSESCO-nun baş direktoru: Dağlıq Qarabağ və digər münaqişələrin həlli üçün BMT daha çox iş görməlidir
29.09.2016 475 0.0 0

“Ədalət, sülh, bərabərlik ideyalarını yayan insanlar üçün bu, mühüm tədbirdir”.
 
Məlumata görə, bu sözləri V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxış edən İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri söyləyib. O deyib ki, dünyada artan mənfi tendensiyaların qarşısının alınması beynəlxalq ictimaiyyətdən daha sıx əməkdaşlıq tələb edir: “Bütün bunlar mənəvi məsuliyyəti öz üzərimizə götürməyi zərurətə çevirir. Bu gün dünya beynəlxalq tarazlığı sıradan çıxaracaq təhlükələrə meyllidir. Sülh və təhlükəsizliyə təhdidlərə gəlincə, qloballaşma baxımından ciddi işlər görülməlidir. Dağlıq Qarabağ və digər münaqişələr olan yerdə BMT daha çox iş görməlidir. BMT Təhlükəsizlik Şurasında olan böyük dövlətlər lazımi addımlar atmalıdır. Beynəlxalq hüquqa əsaslanan yeni dünya düzəni qurulmalıdır. Buna görə böyük dövlətlər təcili qərarlar qəbul etməlidirlər. Əks təqdirdə, dünya cəngəlliyə çevrilər, hüquqa hörmət qalmaz”.
 
Osman əl-Tüveycrinin sözlərinə görə, İSESCO Azərbaycan torpaqlarının işğaldan azad edilməsini dəstəkləyəcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar