İsa Peyğəmbərin sərdabəsi açıldı - 500 il sonra ilk dəfə -VİDEO, FOTO
28.10.2016 1073 0.0 0

Alimlər 500 il ərzində ilk dəfə İsa Məsihin məzarını açıblar. 

“Ren TV”yə istinadən xəbər verilir ki, buna səbəb alimlərin İsa Məsihin Qüdsdə yerləşən məzarıyla bağlı araşdırma aparmasıdır. Araşdırmanın məqsədi məzarı örtən mərmər plitələrin tədqiqi və qəbrin ilkin formasının öyrənilməsidir.

 

 

Gələcəkdə sənədli film hazırlanması üçün bütün araşdırma prosesi lentə alınır. Bərpa işləri 2017-ci ilin yazına yekunlaşdırılacaq. Xərclərin ümumi məbləği isə 4 milyon dolları ötəcək.
Qeyd edək ki, alimlər İncilə əsasən Məsihin basdırılması üçün nəzərdə tutulan mağaranın daşının orijinal səthini görmək üçün analiz aparmalıdırlar. Müqəddəs məzar üzərində kapella 1810-cu ildə salınmasından sonra ilk dəfə bərpa ediləcək. Məhz burada Müqəddəs Ocaq alışır.

Xatırladaq ki, ilk dəfə plitə XIX əsrdə yanğından sonra və 1927-ci ildə zəlzələdən sonra bərpa edilib./Aznews.az /

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar