İraqın baş naziri: ABŞ-a İŞİD-ə qarşı mübarizənin əvəzini neftimizlə ödəməyəcəyik
29.11.2016 538 0.0 0

 "Terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə yardım etdiyinə görə ABŞ-a İraq nefti ilə ödəniş edilməyəcək".

“Associated Press”ə istinadən xəbər verir ki, bunu İraqın Baş naziri Heydər əl-İbadi bildirib.

Hökumət başçısı ABŞ-ın yeni seçilən prezidenti Donald Trampdan terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparmaq üçün maddi-texniki dəstəyin artırılmasını gözlədiklərini söyləyib.

O, ABŞ-ın yeni seçilən lideri ilə telefonla danışdığını da vurğulayıb.

Məlumata görə, Donald Tramp prezident seçkisi qabağı təbliğat kampaniyası zamanı ABŞ-ın İŞİD-ə qarşı mübarizədə İraqa yardımının əvəzini rəsmi Bağdadın neftlə ödəyəcəyini söyləyib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar