İraqda zəlzələ zamanı azı 1 nəfər ölüb, 100 nəfər yaralanıb
13.11.2017 642 0.0 0

İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində İraqda 1 nəfər ölüb, 100-dək insan xəsarət alıb.

 

Məlumata görə, bu barədə RİA Novosti agentliyinə tibb sahəsindəki mənbə bildirib.

 

Onun sözlərinə görə, 60 nəfər Hanakində, daha 40-ı isə Balad Ruz şəhərində yaralanıb.

 

Bundan əvvəl “Sky News Arabia” telekanalı İran-İraq sərhədində baş vermiş zəlzələ nəticəsində 6 nəfərin öldüyünü bildirib.

 

Xatırladaq ki, bu axşam İran-İraq sərhədində 7,6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar