İraqda partlayış törədən kamikadze Quantanamo məhbusu olub
22.02.2017 695 0.0 0

İraqın Mosul şəhəri yaxınlığında İŞİD adından partlayış törədən terrorçu-kamikadzenin əvvəllər Quantanamo məhbusu olmuş və Camal əl-Harit adı ilə tanınan Böyük Britaniya vətəndaşı Ronald Fiddler olduğu müəyyənləşib.
 
“Telegraph”a istinadən verilən xəbərə görə, 50 yaşlı Camal əl-Harit fevralın 20-də Mosul yaxınlığında yerləşən hərbi bazanın qarşısında minalanmış avtomobili özü ilə birlikdə partladıb. Məlumata görə, Camal əl-Harit  2004-cü ildə “Quantanamo” həbsxanasından azad edilərək vətənində göndərilib. Bir müddət sonra Camal əl-Harit məhbus olduğu dövrdə çəkdiyi əzaba görə Britaniya hökumətindən 1 mln. funt sterlinq kompensasiya almağa müvəffəq olub
 
Əbu-Zəkəriyyə əl-Britani təxəllüsü ilə də tanınan Camal əl-Harit İŞİD terror qruplaşmasına qatılmaq üçün 2014-cü ildə Türkiyə üzərindən Suriyaya keçib. Məlumata görə, əl-Harit Britaniya hökumətindən aldığı kompensasiyanı qruplaşmaya verib.   
 
Amerikalı hərbçilər tərəfindən 2001-ci ildə Pakistanda saxlanılmış  Camal əl-Harit bir il sonra “Quantanamo” həbsxanasına köçürülüb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar