İraqda İŞİD liderinin köməkçisi məhv edilib
30.07.2016 690 0.0 0

İraqda İŞİD terrorçu qruplaşmasının lideri  Əbubəkr əl-Bağdadinin köməkçilərindən biri məhv edilib.
 
“Anadolu” agentliyinə istinadən verilən xəbərə görə, bu barədə İraq dövlət televiziyası məlumat verib.
 
Məlumata əsasən, İraq Hərbi-Hava Qüvvələrinin təyyarələri Suriya sərhədindəki Əl-Qaim məntəqəsində terrorçuların yığıncaq keçirdiyi binaya hava zərbəsi endirib.
 
Hücum zamanı əl-Bağdadinin köməkçisi ilə yanaşı onlarla terrorçu, həmçinin silah anbarı və terrorçulara məxsus nəqliyyat vasitələrinin məhv edildiyi bildirilir. /apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar