İraqda İŞİD lideri ağır yaralanıb
13.02.2017 803 0.0 0

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadi ağır yaralanıb.

Məlumata görə, bu barədə “Alsumaria” və “Alhurra” telekanalları məlumat verib.

Məlumata əsasən, Əl-Bağdadi İraqın qərbində endirilən hava zərbəsi nəticəsində yaralanıb. Onun müalicə üçün Suriya ərazisinə aparıldığı bildirilir.

Əvvəllər Əbu Bəkr Əl-Bağdadinin yaralanması və yaxud ölümü ilə əlaqədar dəfələrlə məlumatlar yayılıb. Lakin onların heç biri təsdiqini tapmayıb./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar