İraq ordusunda İŞİD-lə bağlı mühüm qərar verildi
04.03.2015 773 0.0 0
Rəsmi Bağdad Mosul şəhərinin “İŞİD” silahlılarından azad edilməsi üzrə əməliyyatın miqyasını və vaxtını özü müəyyən edəcək.

 

RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İraqın müdafiə naziri Xalid əl-Obeydi bəyan edib.

 

“Bu bizim, İraq ordusunun savaşıdır. ABŞ-ın rəhbərliyi ilə koalisiyanın rolu yalnız  hava zərbələrindən ibarətdir. Bu barədə müvafiq razılaşma mövcuddur”, deyə X.Obeydi türkiyəli həmkarı İsmət Yılmaz ilə görüşdən sonra bildirib.

 

İ.Yılmaz isə, öz növbəsində qeyd edib ki, Türkiyə Mosulun azad edilməsində İraqa nəqliyyat və kəşfiyyat sahəsində hərbi yardım göstərməyə  hazırdır.

 

Xatırladaq ki, fevralda ABŞ silahlı qüvvələri Mərkəzi Komandanlığının nümayəndəsi Mosul şəhərinin azad edilməsi əməliyyatını aprel-may aylarında başlanacağını bildirmişdi./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar