İraq ordusu bir şəhəri İŞİD-dən aldı
12.03.2015 975 0.0 0
İraq Silahlı Qüvvələri İŞİD terrorçularının nəzarətində olan Tikrit şəhərini azad edib.

 

“Agence France-Presse”yə istinadən xəbərinə görə, hökumət qoşunlarının əsgərləri və şiə milisinin döyüşçüləri yerli sünni tayfalarının köməyi ilə şəhərin şimal hissəsinə, Qadisiyyə rayonuna daxil olublar və hazırda orada təmizləmə həyata keçirirlər.

 

Əyalətin qubernatoru Salah əd-Din bildirib ki, artıq İraq bayrağı Qadisiyyədəki hərbi hospitalın üzərində dalğalanır.

 

Qeyd edək ki, Tikritə hücum əməliyyatı on gün əvvəl başlayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar