İraq Kürdüstanı parlamenti müstəqilliklə bağlı referendumun keçiriləcəyini təsdiqləyib
16.09.2017 615 0.0 0

İraq kürd muxtariyyətinin parlamenti sentyabrın 25-də müstəqilliyə dair referendum keçirilməsi barədə qərarı təsdiqləyib.

 

Məlumata görə, parlament iki illik fasilədən sonra sentyabrın 15-də fəaliyyətini bərpa edib. İlk iclasın gündəliyində referendum olub.

 

Dəyişiklik Hərəkatı, İslami Toplum Partiyası, İslami Hərəkat Partiyası və İraq Türkmən Cəbhəsi parlamentin toplantısını boykot edib. Dəyişiklik Hərəkatının nümayəndəsi Birzo Məcid parlament binasının önündə jurnalistlər qarşısında çıxış edib. O, parlamentin iclasının qanunlara uyğun keçirilmədiyini bəyan edib. Siyasətçi bildirib ki, Kürdüstan Demokratik Partiyası tərəfindən iki il əvvəl çevriliş həyata keçirilib və parlamentin qapısına kilid vurulub. İndi isə heç bir razılaşma və qanuni mexanizm olmadan parlament işini bərpa edib. Birzo Məcid hesab edir ki, məqsəd qanunsuz Ali Seçki və Referendum Komissiyasına dəstək verməkdir.

 

Qeyd edək ki, İraq kürd muxtariyyətinin lideri Məsud Bərzani sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik referendumunun keçirilməsi barədə birtərəfli qərar qəbul edib. İraq hökuməti və parlamenti referendumun qanunsuz olduğunu bildirir. Türkiyə və ABŞ Məsud  Bərzanini referendumu ləğv etməyə, bəzi Qərb dövlətləri isə təxirə salmağa çağırıb./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar