İranlı nazir: Qəzvin-Rəşt dəmir yolu layihəsi üzrə son tamamlanma işləri aparılır”
28.11.2016 536 0.0 0

Şimal-Cənub dəhlizi çərçivəsində Qəzvin-Rəşt dəmir yolu layihəsi üzrə son tamamlanma işləri aparılır.

 

Bunu APA-nın Tehran bürosuna eksklüziv açıqlamasında İranın yol və şəhərsalma naziri Abbas Axundi deyib.

 

A.Axundi deyib ki, bu dəmir yolu təkmilləşdikdən sonra Rəşt-Astara dəmir yoluna birləşəcək: “Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu layihəsi də davam etdirilir və proqram üzrə Qəzvin-Rəşt dəmir yoluna birləşdiriləcək”.

 

A.Axundi Şimal-Cənub dəhlizini səmərəli və önəmli bir dəhliz adlandırıb: “Bu dəhliz Hindistanın Mumbay şəhərini Rusiyanın Moskva şəhərinə və Avropaya birləşdirəcək. Geniş potensialına görə iqtisadi baxımdan dəhliz yolunda olan ölkələr üçün əlverişli fürsətdir.”

 

Qeyd edək ki,  Qəzvin-Rəşt dəmir yolu layihəsinin uzunluğu 164 kilometrdir ki, 2006-cı ildən tikintisinə başlanılıb. Qəzvin-Rəşt-Astara dəmir yolu Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsidir və dəmiryolu Asiya və Avropa ölkələrinin bir çoxunu bir-birinə birləşdirir. Dəmir yolunun tikintisi Azərbaycan, Rusiya və İran tərəfindən həyata keçirilir.  Bu dəhliz tranzit yollarının qısalması, xərclərin azalması və yüklərin qısa zamanda daşınmasına imkan verəcək. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar