Tarix: 04.12.2016,   Saat: 16:11, Bazar.          

İranlı Ayətullah: «Türklərlə iranlılar nə qədər ağlasalar da, azdır»

Ameli: "İki böyük türk sultanı və iki böyük türk dövləti avropalıların oyununa gəldi və bir-birləri ilə vuruşaraq güclərini itirdi"

Qazeta.info Sputnik.az-a istinadla bildirir ki, İranın ali dini lideri Ayətullah Xameneyinin Ərdəbil vilayəti üzrə təmsilçisi Ayətullah Ameli, dünyaca məşhur türk tarixçi İlbər Ortaylının da aralarında olduğu, bir neçə türkiyəli jurnalisti qəbul edib. Sputnik bu barədə Türkiyə KİV-inə istinadən xəbər verir.

15 iyul Türkiyədəki çevriliş cəhdi haqqında danışan Ameli, Fətullah Güləni yaxşı tanıdıqlarını deyərək, onun səbəb olduğu ehtimal olunan çevriliş cəhdini pisləyib. Tarixçi İlbər Ortaylının Şah İsmayıl və babasının türbəsini ziyarət etdiyini deməsi üzərinə Ayətullah Ameli olduqca diqqətçəkən açıqlamalar verib.

"Gecə-gündüz bərabər nə qədər ağlasaq azdır. İki böyük türk sultanı və iki böyük türk dövləti avropalıların oyununa gəldi və bir-birləri ilə vuruşaraq güclərini itirdi. Halbuki, döyüşmək əvəzinə iki qardaş birləşsəydi, dünyaya ağalıq edərdilər", — Ameli qeyd edib.

 

Onun sözlərinə görə, Səfəvi Şah İsmayıl bu oyunu pozmaq üçün Osmanlı sultanı Yavuz Sultan Səlimə çoxlu sayda məktublar göndərib: "Həmin məktublar hələ də tarixi arxivlərimizdə durur. İsmayıl yazırdı ki, "biz qardaşıq, bu qədər ildir birlikdəyik, oyuna gəlməyin, vuruşmayaq, birləşək". Şah İsmayıl müharibə yox, iki qardaş dövlətin birləşmiş bir mədəniyyət qurmasını istəyirdi. Amma təəssüf ki, Yavuz Sultan Səlim bu sülh çağırışlarını ciddi qəbul etmədi. Beləcə döyüş qaçılmaz oldu. Savaşdılar. Hamımıza heyif oldu. Halbuki Səfəvilərlə Osmanlılar birləşsəydi, böyük dövlət qurardılar və dünya tarixi bu gün belə olmazdı".

 

Öz növbəsində tarixçi İlbər Ortaylı Ayətullah Ameli ilə söhbəti zamanı deyib ki, "İrandakı abidələrin bərpa işləri savadlı alimlər tərəfindən tarixi gerçəyə uyğun aparılır və bu da insanı heyran edir". Ameli isə əlavə edib ki, "tarix boyu Türkiyə nə vaxt çətinə düşsə, İran onun yanında olub. O cümlədən də, İran nə zaman dara düşsə, Türkiyə həmişə qonşusuna dayaq olub".



  Bölmə: Gündəm | Baxış sayı: 346 | Tarix: 24.10.2016, 20:51


Xəbərlər