İranın müdafiə naziri Azərbaycana gəlib
21.02.2018 866 0.0 0

İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib. 

Məlumata görə, səfər çərçivəsində İran nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Görüşlərdə Azərbaycanla İran arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Səfər fevralın 22-dək davam edəcək./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar