İranın hərbi gəmiləri Azərbaycana gəlib
19.10.2016 413 0.0 0

İran Hərbi Dəniz Qüvvələrinə məxsus 2 hərbi gəmi Azərbaycana gəlib.

Məlumata görə, "Dəmavənd" raket gəmisi və "Covşan" kater gəmisi Bakı buxtasına yan alıb. Azərbaycan hərbi orkestrinin də iştirakı ilə rəsmi qarşılanma mərasimi keçirilib.

 

Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının müavini Natiq Bağırov bildirib ki, İran Hərbi Dəniz Qüvvələrinin "Dəmavənd" raket gəmisi və "Covşan" kater gəmisi nümayəndə heyəti ilə Azərbaycana gəlib.

 

"Bu, sülh və dostluq səfəridir. Üç gün davam edəcək səfər çərçivəsində İran nümayəndə heyəti Heydər Əliyevin və Zərifə Əliyevanın məzarını, Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Ardınca Azərbaycanın Hərbi Dəniz Qüvvələri komandanı ilə görüş olacaq. Nümayəndə heyəti Azərbaycanın Hərbi Dənizçilik Məktəbində olacaq.

 

Səfər zamanı futbol yarışı da təşkil olunacaq.

 

Bu, Azərbaycan müstəqillik əldə etdikdən sonra İran hərbi gəmilərinin ölkəmizə ilk səfəridir", - deyə o bildirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar