İranın ali rəhbəri: `Qüdslə bağlı qərar ABŞ-ın bacarıqsızlığının göstəricisidir`
06.12.2017 661 0.0 0

 “Fələstinin işğal altında olan paytaxtı Qüdslə bağlı irəli sürdüyü iddialar düşmənin gücsüzlüyündən irəli gəlir”.

İran KİV-inə istinadən xəbər verilir ki, bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei Tehranda keçirilən İslam birliyi adlı konfransın iştirakçıları ilə görüşdə bildirib.

“Bu qərar ABŞ-ın bacarıqsızlığının göstəricisidir. ABŞ Fələstinlə bağlı istək və planlarını həyata keçirməkdə acizdir. Fələstinlilər azad olacaq, Fələstin zəfər çalacaq”, - Seyid Əli Xamənei vurğulayıb. 

Qeyd edək ki, ötən gecə ABŞ Prezidenti Donald Tramp İsrail, İordaniya, Fələstin, Misir və Səudiyyə Ərəbistanı rəhbərliyi ilə müzakirə aparıb. O, Yaxın Şərq ölkələrinin liderlərinə deyib ki, dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıya bilər. /report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar