İranın Ali Milli Tәhlükәsizlik Şurası bәyanat verib
04.01.2020 550 0.0 0

İranın Ali Milli Tәhlükәsizlik Şurası general Qasim Süleymaninin ölümü ilә әlaqәdar bәyanat verib.

Bәyanatda bildirilir ki, ABŞ bu hәrәkәtinin yanlış nәticәlәrindәn xilas ola bilmәyәcәk. Bu barәdә Trend İRNA-ya istinadәn mәlumat verib.

Bәyanatda qeyd olunur ki, general Süleymaninin ölümü İran xalqı üçün böyük itki olsa da, onun yerini başqaları tutacaqdır.

Bәyanatda әlavә olunur ki, İranın Ali Milli Tәhlükәsizlik Şurası Qasim Süleymaninin ölümü ilә әlaqәdar mәsәlәlәri araşdırıb vә lazımi qәrarları verib.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.
Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar