İrandan gətirilən diri quş və quşçuluq məhsullarına müvəqqəti qadağa qoyuldu
24.11.2016 767 0.0 0

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən (BEB) 22 noyabr 2016-cı il tarixdə İran İslam Respublikasının Tehran bölgəsində iki damaz- lıq quşçuluq təsərrüfatında ev quşları arasında yüksək patogenli quş qripi (H5N8) xəstəli- yinin yayılması barədə məlumat daxil olmuşdur.


Qazeta.info Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki,  bununla əlaqədar Azərbaycan Respublikası ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən yüksək patogenli quş qripi xəstəliyi qeydə alındığı üçün İran İslam Respublikasından diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti olaraq məhdudiyyət qoyulması məqsədi ilə əmr imzalanmışdır. İran İslam Respublikasında ev quşları arasında yayılmış yüksək patogenli quş qripi (H5N8) xəstəliyi ilə bağlı ölkəmizin bu xəstəlikdən qorunması üçün zəruri baytarlıq-sanitarıya tədbirlərinin görülməsi barədə Dövlət Baytarlıq Nəzarət Xidmətinin müvafiq bölmələrinə tapşırıq verilmişdir.
Əmrdə Dövlət baytarlıq nəzarətində olan digər yüklərin idxalı məsələsinə İran İslam Respublikasının Dövlət Baytarlıq Xidmətinin yükün çıxarıldığı ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında rəsmi arayışı olduğu təqdirdə baxılması qeyd olunmuşdur.
Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə tövsiyə edir ki, quşları baytarlıq-sanitariya tələblərinə riayət etməklə qapalı şəraitdə saxlasınlar.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar