İranda zəlzələ nəticəsində ölənlərin sayı 445 nəfərə çatıb - YENİLƏNİB-4
13.11.2017 1218 0.0 0

İranda baş vermiş zəlzələ nəticəsində ölənlərin 445 nəfərə çatıb.

 

“RİA Novosti”yə istinadən verilən məlumata görə, yaralıların sayı 7 100-ə yaxındır.

 

Noyabrın 12-də  İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib./apa/ 

*****

İran-İraq sərhədində baş vermiş zəlzələ nəticəsində ölənlərin ümumi sayı 381-ə çatıb. 


APA-nın İRİB-ə istinadən verdiyi xəbərə görə, zəlzələ zamanı İranda 370 nəfər ölüb, 6 min adam yaralanıb. 
 

İraqda isə zəlzələ qurbanlarının sayı 11 olub, onlarla insan yaralanıb. 
 

Bildirilir ki, İranın bəzi ərazilərində elektrik enerjisi təchizatı dayandırılıb, telefon və internet xidmətləri işləmir. 

 

Qeyd edək ki, İranda 1990-cı ildə 40 min adamın ölümü ilə nəticələnmiş zəlzələ baş verib. 

 

 

***** 

 

İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 164 nəfərə çatıb. Eyni zamanda, 1600 nəfər xəsarət alıb.

 

 

Bu barədə "Report" AFP-yə istinadən xəbər verir.

*****

 

 

 

 

 

İranın Kermanşah şəhərində zəlzələ nəticəsində 6 nəfər ölüb, azı 50 nəfər yaralanıb

 

Məlumata görə, bu barədə “Tasnim” agentliyinə şəhərin meri Xoşank Bazond bildirib.

 

“İlkin məlumata görə, şəhərdə 6 nəfər ölüb, 50-dən çoxu yaralanıb”, deyə X.Bazond qeyd edib.

 

Ötən axşam İran-İraq sərhədində 7,6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar