İranda yenidən zəlzələ olub
11.11.2019 461 0.0 0

İranın Hormozqan vilayətində 4 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, zəlzələ yerli vaxtı ilə saat 03:42-də qeydə alınıb.

Məlumata əsasən, yeraltı təkanlarının ocağı 20 km dərinlikdə yerləşib.

Zəlzələnin episentri Həştbəndi şəhərindən 45 kilometr məsafədə olub.

İnsan itkisi haqda məlumat verilməyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar