İranda SEPAH-ın batalyon komandiri öldürülüb
11.04.2017 722 0.0 0

İranın Zahidan şəhərində İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) komandirlərindən olan Ruhullah Əliyə qarşı terror törədilib.

 

Məlumata görə, SEPAH-ın batalyon komandiri Ruhullah Əli Zahidandan Korrinə qayıdarkən terrorçuların hücumuna məruz qalıb. O, aldığı güllə yaralarından həlak olub.

 

Hadisədən sonra SEPAH qüvvələri ilə terrorçular arasında atışma baş verib.  Nəticədə R. Əliyə hücum edən 2 terrorçu öldürülüb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar