İranda sel binanı belə apardı (VİDEO)
22.07.2015 639 0.0 0

 

İranın şimalında Mazandaran əyalətində 2 gündür davam edən aramsız yağışlar böyük fəsadlar törədib.

Məlumata görə, güclü yağışlar nəticəsində dərə kənarında olan bəzi evlərin təməli boşalıb. Təməli boşalan binanı sel suları aparıb.

Əvvəlcədən müvafiq qurumların xəbərdarlığı əsasında evlərini tərk edən sakinlər canlarını xəsarətsiz qurtara biliblər. Selin binanı aparmağı kameralar tərəfindən görüntülənib.

 


İranın Mazandaran əyaləti 

 

 

 
Tehran, Əlborz və Qəzvin əyalətlərində daşqın nəticəsində azı 11 nəfər ölüb. Ölənlər arasında 1 Çin vətəndaşının da olduğu bildirilir. Ölənlərin sayının artacağı istisna edilmir. Sel suları içərisində insanlar olan azı 20 avtomobili aparıb. Bölgədə elektrik enerjisi təchizatı kəsilib. 
 
 
 

İranda selin törətdiyi fəsadlar

 

Xilasedicilər leysan yağışa baxmayaraq, bütün gecə axtarış-xilasetmə əməliyyatını dayandırmayıblar./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar