İranda qadın ilk dəfə olaraq səfir təyin edilib
06.12.2015 508 0.0 0

 İran prezidenti Həsən Ruhani xanım Mərziyə Əfhamı  Malayziyaya yeni səfir təyin edib. Bu barədə APA “TASS”a istinadən xəbər verir.
 
“İran qadınları ictimai, idman, idarəetmə kimi sahələrdə fəal iştirak edirlər. Əhatəli və ciddi vəzifəni kimə həvalə etməkdən söhbət getdikdə iranlı qadının səfir təyin edilməsi göstərir ki, gender məsələsi burada heç bir rol oynamır”, deyə Ruhani bildirib.  
 
O qeyd edib ki, Mərziyə Əfhamın səfir təyin etməkdə məqsəd ölkədə qadınlar üçün imkanların yaradılmasını göstərməkdir.  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar